SOCAR Rusiyanın nüfuzlu mətbuat orqanı ilə qurduğu MMC-yə 345 min sərmayə qoyub

İQTİSADİYYAT 05 dek 2023, 17:15
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın KİV-i olan “İnterfaks”la Bakıda qurduğu “İnterfaks – Azərbaycan İnformasiya Agentliyi” MMC-yə 16 nömrəli əlavə razılaşma ilə bu ilin mart ayında 345 min manat investisiya qoyub.

Demokrat.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı özünün Feysbuk səhifəsində yazıb.

“İnvestisiyanın nə ilə ifadə olunduğu açıqlanmır, amma bunu dolayı subsidiya və ya lap elə qrant kimi də dəyərləndirmək olar. Çünki o sərmayənin bir də nə zaman geri qayıdacağını heç SOCAR-ın menecerləri də hesablaya bilməzlər”, - jurnalist bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top