Şuşadan eksklüziv görüntülər: Yeni evlər belə olacaq — VİDEO

QARABAĞ 05 dek 2023, 14:50
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaşayış kompleksinin inşası başa çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyası (AzTV) birbaşa bağlantıda, Şuşaya ezam olunmuş müxbiri vasitəsilə xüsusi strateji əhəmiyyət kəsb edən və çətin relyefdə yerləşən bu şəhərdə quruculuq-abadlıq işlərinin gedişatı barədə xəbər verib.

Bildirilib ki, Şuşanın Baş Planına uyğun olaraq yaşayış kompleksində 3, 4 və 5 mərtəbəli binalar inşa edilib.

Müasir standartlara uyğun inşa olunan binalarda Şuşaya məxsus memarlıq mühiti nəzərə alınıb.

Yaşayış kompleksində 23 binanın inşası başa çatıb və bu binalarda 450 ailə məskunlaşacaq.

Mənzillər 1, 2, 3, 4 və 5 otaqlıdır. Mənzillər təmirli və mətbəx mebelləri ilə təchiz olunmuş şəkildə sakinlərə təqdim ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top