Nazirlər Bakı-İrəvan münasibətlərini müzakirə etdilər

XARİCİ SİYASƏT 05 dek 2023, 13:40
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən ikitərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini və "Xəzər beşliyi” çərçivəsində əməkdaşlığı müzakirə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Rusiya XİN-in məlumatına görə, nazirlər həmçinin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin müddəalarının icrasını müzakirə ediblər.

“İkitərəfli münasibətlərin aktual məsələlərinə toxunulub... Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - Rusiya XİN-dən bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top