Azərbaycanda maaşları artıran və azaldan klublar — MƏBLƏĞLƏR

İDMAN 05 dek 2023, 09:18
2023-cü ildə Azərbaycanda maaşların artım-azalma dinamikasına görə klubların göstəriciləri məlum olub.

Dmeokrat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqada çıxış edən 10 klubdan 7-də maaşların artımı, 2-də azalması baş verib,

1 klub – «Zirə» isə bu göstəricini açıqlamır.

Maaşların artım sürətinə görə, ölkədə birinci yeri «Kəpəz»«Turan Tovuz» tutur. Bu klublarda maaşlar 3 dəfə artaraq 1 milyon manatı keçib.

«Səbail» klubunda maaşlar 56%, «Sabah»da isə 39% artıb.

Məbləğ ifadəsində isə maaşların ən çox artdığı klublar «Qarabağ»«Neftçi»dir.

2022-ci ildə ölkədə iki klubda maaşlar azalıb – «Şamaxı»«Sumqayıt». «Sumqayıt»da azalma cüzi olub, «Şamaxı»da isə maaşların məbləği 800 min manat azalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top