İndoneziyada vulkan püskürməsi: Ölənlər var

DÜNYA 04 dek 2023, 18:14
İndoneziyadakı Marapi vulkanının püskürməsi nəticəsində 11 alpinist həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanında partlayış baş verib. 

Səlahiyyətlilər vulkanın püskürdüyü bölgədə olan 11 alpinistin ölü tapıldığını açıqlayıb. 

Həmçinin partlayış zamanı bölgədə 75 alpinistin olduğu və indiyədək 3 alpinistin sağ tapıldığı qeyd edilib.

Xatırladaq ki, Marapi vulkanındakı ən ölümcül püskürmə 1979-cu ildə baş verib və nəticədə 60 nəfər həyatını itirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top