Masallıda gənc oğlan arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 04 dek 2023, 10:51
Masallı rayonunda 1995-ci il təvəllüdlü Məqsəd ailə münaqişə zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məqsədlə kirayə yaşadığı evdə arvadı Vüsalə  arasında ailə məişət zəminində mübahisə baş verib. 

Mübahisə zamanı Məqsəd Vüsalənin ayaq nahiyəsindən qəsdən təpiklə, üz, boyun və bel nahiyəsindən yumruqla vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Məqsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məqsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs Vüsalə ilə 2018-ci ildə ailə həyatı qurub, 3 övladları var: “Hadisə günü, saat 23 radələrində yaşadığım evə gəldim. Vüsalə mənə dedi ki, neçə gündür evə gec gəlirsən, evimizdə yeməyə yemək yoxdur, sən mənə xəyanət edirsən. Bununla bağlı aramızda mübahisə yarandı. Əsəbiləşərək şillə ilə Vüsalənin üz, boyun və bel nahiyəsindən, təpiklə isə ayaq nahiyəsinə vurdum”.

İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, əvəllər münasibətləri yaxşı olub, son zamanlar ərinin ona xəyanət etməsinə və ailəyə ərzaq almadığına görə mübahisələri tez-tez düşüb: “Hadisə baş verən günü, saat 23 radələrində yaşadığım evdə olduğum zaman Məqsəd yaşadığım evə gəldi. Məqsədə dedim ki, neçə gündür evə gecə saatlarında gəlirsən, evdə yeməyə yemək yoxdur, sən xəyanət edirsən. Bu sözlərimdən sonra mübahisə zamanı Məqsəd şillə ilə əl ilə üz, boyun və bel nahiyəmdən, təpiklə isə ayaq nahiyəmə bır neçə dəfə vurdu. Vurduğum zərbədən və ağrıdan kənara çəkildim. Məqsəd isə evi tərk edərək getdi”.

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məqsəd aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top