Qarabağ Universitetinə gələn ildən qəbul BAŞLAYIR

SOSİAL 30 noy 2023, 16:29
Qarabağ Universitetini 1969-cu ildən fəaliyyətə başlamış ali təhsil müəssisəsi hesab edirik.

Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin ildən 1988-ci ildə orada ali təhsil müəssisəsi fəaliyyət göstərib:

"Xankəndidə 800-1000 min tələbənin təhsil almasını planlaşdırıq. Əsas tədris və idarəetmə heyətinin daimi yerləşdirilməsi nəzərdə tutulub. İlkin mərhələdə onların sayı 30-40 nəfər olacaq. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulub. Növbəti ildən ənənəvi qəbul prosesi ilə I kurslara qəbul aparılacaq. SABAH qruplarına müsabiqə əsasında II kursların da qəbulu nəzərdə tutulur".

Nazir deyib ki, həmçinin yerli universitetlərlə ikili diplom proqramları çərçivəsində də tələbə qəbulu aparılacaq:

"Həmin tələbələr təhsilin bir hissəsini Bakıda və ya digər regionlarda, qalanını isə Xankkəndidə ala biləcəklər. İlkin mərhələdə 4 fakültənin olması planlaşdırılır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top