Ermənistan və Böyük Britaniya arasında hərbi əməkdaşlıqla bağlı RAZILIQ — FOTO

HƏRBİ 29 noy 2023, 16:52
Londonda Böyük Britaniya və Ermənistan nümayəndələri 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq planını imzalayıblar. 

Demokrat.az
xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. 

Məlumata görə, əməkdaşlıq planı sənədini Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti İdarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Devid Morqan imzalayıblar.

Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmisi erməni həmkarı ilə Cənubi Qafqazdakı son vəziyyəti də müzakirə edib və regionda əlaqələri gücləndirmək barədə razılığa gəliblər. 

Levon Ayvazyan isə həmkarlarına ölkədəki təhlükəsizlik vəziyyəti, Azərbaycanla sülhün və regionda sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar, orduda aparılan islahatlar barədə məlumat verib.

Qeyd edək ki, nümayəndə heyətinin növbəti - yeddinci iclası İrəvanda keçiriləcək.


Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top