Ordumuzun döyüş hazırlığı yoxlanıldı — VİDEO/FOTOLAR

HƏRBİ 10 sentyabr 2025, 10:43
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarına çıxarılan bölmələr qarşıya qoyulmuş tapşırıqları normativlərə uyğun yerinə yetiriblər.
Keçirilən məşğələlərdə əsas diqqət qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsinə yönəldilib.

Hərbi qulluqçular praktiki məşğələlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.

















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top