Zəngilanda partlayıcı vasitələr tapıldı

HƏRBİ 29 noyabr 2023, 09:19
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində partlamamıṣ sursatların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Zəngilan RPŞ-də araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top