İsrail qüvvələri daha bir fələstinli uşağı öldürdü

DÜNYA 28 noy 2023, 22:40
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən canlı güllələrlə yaralanan 14 yaşlı Əmr Əhməd Cəmil Vəhdan həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda, İsrail qüvvələri tərəfindən güllə ilə sinəsindən yaralanan uşağın edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmadığı qeyd edilib.

Həmçinin bildirilib ki, İsrail qüvvələri bu səhər Ramallah yaxınlığında 2 fələstinlini öldürüb.

Fələstin rəsmilərinin açıqlamalarına görə, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 242 fələstinli həlak olub, 3 mindən çox insan isə yaralanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top