Hindistanda çökən tuneldəki işçilərdən xilas olunan var

DÜNYA 28 noy 2023, 21:22
Hindistanda çökən tuneldə noyabrın 12-dən xilas olunmağı gözləyən işçilərdən birincisi xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Press Trust of India”agentliyi məlumat yayıb.

Məlumatda, ilk işçinin çıxarıldığı bildirilib.

Uttarakhand əyalətinin baş naziri Puşkar Sinq Dhami mövzu ilə bağlı verdiyi açıqlamada, "Davam edən xilasetmə əməliyyatları uğurla keçib. İşçilərin təhlükəsiz şəkildə təxliyəsi üçün hazırlıqlar görülür”.-deyə bildirib.

Dünəndən dağ tunelinin tikintisində qapalı qalan işçilərin xilas edilməsi üçün əllə qazma üsulundan istifadə edilir.

Qazma maşınlarının nasazlığı nəticəsində dar sahədən çıxarılması gözlənilən 41 işçini xilas etmək üçün “Siçan mədənçiləri” olaraq təyin olunan qazıcılar gətirilib.

Həmin şəxslər çubuq və kürəklərlə işçi qüvvəsi ilə dar bir sahə açaraq sıxışmış işçiləri çıxarmağa çalışıblar.

Bölgədə xilasetmə tədbirləri davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top