“Ortada tərbiyə qıtlığı var, bu da idarəetməylə bağlıdır” — Professor

SOSİAL 28 noy 2023, 19:21
Məktəblərdə şagirdlər arasında baş verən neqativ hallara görə valideynlər və cəmiyyətin  əksər nümayəndələri müəllimləri, direktorları qınayır. Müəllim sanki hədəf taxtasına çevrilib. Bu günlərdə Bakı məktəblərində bir neçə hadisə baş verdi, tədbirdə uşaqlar arasında yaranan sıxlıqda bir şagird xəsarət aldı, 7-ci sinif şagirdləri arasında bıçaqlanma, birində isə məktəbli qız ayaqyolunda özü-özünə xəsarət yetirib. Və bu hadisələrdə yenə də məsuliyyət müəllim və direktorun üzərinə atıldı. 

Aktual problemlə bağlı təhsil eksperti professor Şahlar Əsgərovun fikirlərini öyrəndik.

O, Demokrat.az-a açıqlamasında problemin təhsilin idarə edilməsi ilə bağlı olduğunu dedi:  

“Təhsildə problemlər var. Problemlər təhsilin idarə edilməsi, təhsilin məzmunu  və biliyin qiymətləndirilməsi ilə bağlıdır. Bu problemlərin bəziləri fundamentaldır, bəziləri caridir. Müəllimlərlə bağlı məsələ də cari problemə aiddir. Cari problemlər keçmişdə də olub, gələcəkdə də olacaq. 

Təhsil mühiti pedaqoji mühit olmalıdır. Bu mühiti pedaqoqlar, psixoloqlar və yaşlı müəllimlər formalaşdıra bilər. Əgər məktəbi idarə edənlər pedaqoq və ya psixoloq deyilsə və idarəetmədə yaşlı müəllimin təcrübəsindən istifadə edilmirsə, belə məsələr həllini çətin tapsın. Gənc hüquqçunun, iqtisadçının belə problemləri həll etməyə potensialları yoxdur. Nəzərə almalıyıq ki, məktəb təlim və tərbiyə ocağıdır. Məktəbdə bilik öyrədilir – bu, təhsildir. Məktəbdə həm də davranış öyrədilir – bu  tərbiyədir. Ortada tərbiyə qıtlığı var, bu da idarəetməylə bağlıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top