Xankəndi stadionunda keçiriləcək matçın adı MƏLUM OLDU

İDMAN 28 noy 2023, 17:00
Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin bəzi oyunları keçirilib.

Demokrat.az
xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən MOİK - “Cəbrayıl” oyunu 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Beləliklə MOİK 1/8 finalda “Qarabağ”a rəqib olub.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – MOİK oyunu Xankəndi şəhər stadionunda keçiriləcək.
 
Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir.

Komandalar matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli Beynəlxalq Hava Limanına uçacaq. Futbolçular sonra Şuşaya gedəcəklər.

Matç günü isə komandalar Xankəndi Şəhər Stadionuna yollanacaq.

Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – MOİK oyunu dekabrın 21-də Xankəndi şəhər stadionunda keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top