NASA-dan asteroid xəbərdarlığı: 2024-cü ildə yerə çırpıla bilər

DÜNYA 27 noy 2023, 22:25
İlk dəfə 2007-ci ildə aşkar edildikdən sonra teleskopların gözündən itən "itirilmiş asteroid"in gələn il Yerlə toqquşma ehtimalı var.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, 2007-ci ildə FT3 adlanan meteorit aşkar edildikdən bir gün sonra yoxa çıxıb. 

Bununla belə, alimlər meteoritin Yerə qayıtdığını təxmin edirlər.

NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) bu asteroidin orbitini müəyyən etmək üçün çalışıb. Son tapıntılar bu asteroidin gələn il planetə düşə biləcəyini ortaya qoyub.

Onun 2,6 milyard ton TNT gücündə partlayış yaradacağı ehtimal edilir.

Müvafiq olaraq, 2024-cü ilin oktyabrında itirilmiş meteoritin Yerə dəymə ehtimalı təxminən 11,5 milyonda birdir. 2024-cü ilin martında Yerə çarpma ehtimalı 10 milyonda 1 olaraq təyin olunur.

Bu son dərəcə kiçik bir ehtimal olsa da, meteoritin planetə düşəcəyi təqdirdə 2,6 milyard ton TNT gücündə partlayış yaradacağı proqnozlaşdırılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top