Egey dənizində gəmi batıb, 14 dənizçi itkin düşüb

REGİON 26 noyabr 2023, 17:45
Egey dənizində yük gəmisi batıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, gəmidə 14 heyət üzvü var.

Misirdən İstanbula gələn gəmi duz daşıyıb. Güclü fırtına gəminin anbarlarına su dolmasına yol açıb və gəminin də ağırlıq səbəbindən batdığı ehtimal edilir.

Yunanıstan Sahil Mühafizə Xidməti itkin düşən 14 dənizçinin axtarışlarına başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top