Bakı-Şamaxı yolunda avtomobil aşıb: Xəsarət alanlar var

HADİSƏ 23 noy 2023, 23:07

Bakı-Şamaxı-İsmayıllı yolunda “Mercedes Vito” aşıb, altı nəfər xəsarət alıb.

Bununla bağlı Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə İsmayıllı rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun 26-ci kilometrində, üzü Bakı istiqamətində qeydə alınıb:

“Avtomobilin sürücüsü azərbaycanlı, beş nəfər sərnişin isə ərəbəsilli turistlərdir. Onlar yüngül xəsarətlər alıblar. Onu da bildirək ki, yolun həmin hissəsində təmir işləri aparılırdı”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top