Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var

DÜNYA 19 noy 2023, 17:15
ABŞ-nin Tennessi ştatının Memfis şəhərində atəş açılması nəticəsində 3 qadın və 13 yaşlı qız həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır.

CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəli bilinir və axtarışdadır. Polis şübhəlinin "silahlı və son dərəcə təhlükəli" olduğunu deyib.

Ölən və yaralananların kimliyi, şübhəli şəxslə əlaqəsi barədə məlumat açıqlanmayıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top