Azərbaycanda latun çubuqlara dair dövlət standartı qəbul edildi

İQTİSADİYYAT 15 noy 2023, 09:49
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 2060:2023 “Latun çubuqlar. Texniki şərtlər” dövlət standartını qəbul edib.

Demokrat.az
bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu standart əlvan metallardan hazırlanan çubuqların keyfiyyətinə və təhlükəsizliyinə məcburi tələbləri müəyyənləşdirmək məqsədilə sahə üzrə aidiyyəti mütəxəssislərin rəyləri nəzərə alınaraq işlənib hazırlanıb.

Standart, həmçinin yerli xammal resurslarından, xüsusi ilə də əlvan metalların xammal ehtiyatları və qırıntılarından daha səmərəli istifadə etməklə müasir standartlara uyğun rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalına və ixrac potensialının artırılmasına töhfə verəcək.

Dövlət standartı hazırlanarkən Müdafiə Sənayesi Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top