Vaqif Xaçatryana 15 il həbs cəzası istənildi — YENİLƏNİB

GÜNDƏM 07 noyabr 2023, 11:00
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə prokuror çıxış edib. 

Demokrat.az xəbər verir ki,  prokuror çıxışında Vaqif Xaçaturyanın əməlinin sübuta yetirildiyini bildirib. Qeyd edib ki, ona ittiham olunduğu maddələr üzrə düzgün ittiham verilib. 

Prokuror Vaqif Xaçaturyanın 15 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. 

Prokuror Vaqif Xaçaturyanın cəzasını ilk 5 ili hissəsini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini təklif edib. 

***
08:00

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

Demokrat.az
xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev çıxış edəcəklər. Onlar təqsirləndirilən şəxsə cəza istəyəcəklər.

Qeyd edək ki, noyabrın 6-da keçirilən prosesdə V.Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top