Hamiləlik dövründə artan iştah — SƏBƏBLƏR

MARAQLI 04 noyabr 2023, 22:10
Hamiləlik dövründə iştahda dəyişikliklər hormonlar və metabolizmlə bağlıdır. Gecə yarısı acırsınızsa,  təəccüblənməyin.

Demokrat.az “skynews”-a istinadən xəbər verir ki, “Baby Center” onlayn media şirkətinin mütəxəssisləri gün ərzində neçə dəfə və nə qədər yemək yediyinizdən asılı olmayaraq hamiləlik zamanı aclıq hissinin normal olduğunu deyirlər. Belə ki, ana bətnində böyüməkdə olan körpənin kalori ehtiyacı var və orqanizm həm körpəni, həm də ananı bəsləmək üçün çox “işləyir”.

Bundan başqa hamiləlik dövründə tox və ya ac olduğunuzu bildirən hormonların səviyyələri də dəyişir və bu ziddiyyətli siqnallar aclıq hissini artırır. Digər ciddi dəyişiklik isə maddələr mübadiləsi prosesidir. Hamiləlik boyu maddələr mübadiləsi sürətlənir və qidanı enerjiyə çevirən kimyəvi reaksiyalar artır. Hamiləliyin ilk 3 ayı ərzində qida rejimində çox dəyişiklik olmasa da, ikinci trimestrdə qidalanma ehtiyacı daha da artır və gündə təxminən 340 kalori olur. Hamiləliyin son trimestrində gündəlik kalori ehtiyacı 450-ə qədər arta bilər.

Törə Zeynallı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top