Duzlayıb yeyirik, bəs, zərərini bilirik?

MARAQLI 06 may 2025, 09:24
Alça yaz-yay aylarının əvəzolunmaz meyvələrindəndir. Bu meyvə daha çox duz ilə istehlak edilir.

Bəs, alçanın düz ilə yeyilməsi orqanizmimizə necə təsir göstərir?

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu meyvə duzla və həddindən artıq miqdarda yeyildikdə orqanizmdə suyun yığılmasına, ödəm əmələ gəlməsinə və təzyiqin artmasına səbəb olur.

Xüsusilə əl və ayaqlarında tez-tez ödəm problemi yaşayanlar mütləq alçanı tək istehlak etməlidir. 

Bununla belə, duzsuz həddindən artıq miqdarda alça istehlak etmək də həzm sisteminin pozulmasına səbəb ola bilər. Hər qidada olduğu kimi alça da lazımi miqdarda istehlak edilməlidir.

Alça gündə bir porsiya - təxminən 10-12 ədəd istehlak edildikdə daha faydalıdır. Bu halda immunitet sisteminə müsbət təsir edir.

A vitamini, C vitamini, kalium, kalsium, maqnezium və fosforla zəngin olduğu üçün qan şəkərini balanslı saxlayır və diabet xəstələri tərəfindən də istehlak edilə bilər. 

Antioksidant təsiri ilə həm ümumi sağlamlıq, həm də dəri sağlamlığına müsbət təsir göstərir. 

Tərkibindəki həll olunan lif sayəsində həzm sistemini tənzimləyir və qəbizliyə faydalıdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top