Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb

GÜNDƏM 03 noy 2023, 21:45
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Şuşa rayonunda daha bir müşahidə məntəqəsini bağlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.

“Nəzarət sisteminin optimallaşdırılması zamanı Şuşa rayonunda bir müşahidə məntəqəsi bağlanıb”, - bülletendə bildirilir.

Qeyd olunur ki, Rusiya sülhməramlılarının müşayiəti ilə regionun yaşayış məntəqələrinə elektrik enerjisi verilişinin bərpası istiqamətində işləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top