Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını heçə saydı

HADİSƏ 31 okt 2023, 10:26
Paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobuslardan birində təhlükəli hal qeydə alınıb.

Bunun əks olunduğu video Baku.ws-in qaynar xəttinə göndərilib.

Sabunçu rayonu, Ramana qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətində hərəkət edən 214 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. O, avtobusu qapısı açıq vəziyyətdə idarə edib. Sərnişinlər də avtobusun qapısından sallanıblar.

Sözügedən görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top