“Qərbi Azərbaycana yalnız sülh yolu ilə dönmək istəyirik. Müharibənin tərəfdarı deyilik. Hər bir insanın öz doğulduğu yerdə yaşamaq hüququ olduğu kimi bizlərin də vətənimizdə yaşamaq haqqımız var. Azərbaycanın irəli sürdüyü arqumentlər beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Çalışmalıyıq ki, Qərbi Azərbaycan məsələsini dünya ölkələrində siyasi müstəviyə qaldıraq. Avropa Parlamentində, beynəlxalq institutlarda bunun müzakirəsinə nail olmalıyıq”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov deyib.
O bildirib ki, dünyanın siyasi mərkəzlərindən olan Haaqada Qərbi Azərbaycan mövzusunda beynəlxalq konfransın keçirilməsi Niderlandda bir ilk idi:
“BAK-ın əsas məqsədlərindən biri Avropa ölkələrindəki diasporlarımızla birgə bu məsələni gündəmdə saxlamaqdır.Yolumuz haqq yoludur, apardığımız mübarizəyə tam inanırıq.İnanırıq ki, “Dəmir Yumruq” ətrafında birləşib Qarabağı azad etdiyimiz kimi Qərbi Azərbaycana da sülh və əmin-amanlıq içində dönəcəyik. Beynəlxalq hüquq bizə bu haqqı verir”.
Qeyd edək ki, oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) Haaqada yerləşən “Nieuws poort” media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.
Törə Zeynallı
Demokrat.az