ARAZ supermarketlər şəbəkəsində bəzi şirniyyat məhsullarının qiyməti qaldırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə tanınmış teleaparıcı-jurnalist Mir Səməd Cəfərli sosial şəbəkədə məlumat verib.
Aparıcı qeyd edib ki, ARAZ supermarketlər şəbəkəsinin məxsus olan mağazada şokaladlı qoğalların qiyməti bir gecədə 10 qəpik artırılıb:
"Ey Araz supermarket şəbəkəsini işlədənlər, maaşların artımı hələ sentyabrın sonunda olacaq. O da hamıda yox.. Bu "şokolad" lı bulkilərin qiymətini bir gecəyə 10 qəpik niyə artırmısınız?
Nə dəyişib? Bu məhsulun hazırlanmasında istifadə olunan nəyin qiyməti artıb axı..?".