Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı heç bir irəliləyiş yoxdur — Kreml

XARİCİ SİYASƏT 25 okt 2023, 13:41
Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı heç bir irəliləyiş yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Ermənistan və Azərbaycanla təmaslarını davam etdirir, lakin hələ ki nizamlanma üzrə heç bir irəliləyiş yoxdur.

“İrəvan və Bakı arasında sülh müqaviləsinin Moskvada müzakirəsinin mümkünlüyü barədə hələlik dəqiq anlaşma yoxdur. Rusiya Federasiyası tərəflərlə təmasları davam etdirir”, - Kremlin sözçüsü vurğulayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top