Türkiyədə avtobuslar toqquşub, 28 nəfər yaralanıb

REGİON 22 okt 2023, 08:45
Türkiyədə Uşakdan Kütahyanın Gediz rayonu istiqamətində hərəkət edən mikroavtobus Dərbənd kəndinin yaxınlığında ötmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn midiavtobusla toqquşub.

Demokrat.az
xəbər verir ki, toqquşma sonucunda midiavtobus yoldan çıxaraq kənara, mikroavtobus isə yola aşıb.

Bildirilib ki, hadisədə 28 nəfər xəsarət alıb, onlar bölgəyə ən yaxın xəstəxanalara yönləndiriliblər.

Qeyd olunub ki, hər iki nəqliyyat vasitəsi işçiləri daşıyırdı.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top