“Vətəndaş cəmiyyəti olaraq Qarabağ həqiqətlərini, erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmaq borcumuzdur. “Əbədi İztirab” sənədli filmi bu baxımdan dünyaya verilən mesajdır”.
Bunu Demokrat.az-a açıqlamasında “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib.
O qeyd edib ki, tarixi faktları özündən birləşdirən 25 dəqiqəlik filmin həm də ingilis dilində yayımlanması geniş auditoriyaya xitab etmək baxımından mühümdür:
“Filmin nüsxələrini Azərbaycandakı bütün Avropa ölkələrinin səfirliklərinə, diplomatik korpuslarına göndərmək lazımdır. Qoy, görsünlər, bilsinlər ki, azərbaycanlılar erməni əsirliyində nə işgəncələrə, təhqirlərə məruz qalıblar. Bəlkə şahidlərin dilindən söylənilənlər olmayan vicdanlarını silkələdi.
QHT-lər öz imkanları daxilində daim bu mövzuları işıqlandırmalıdırlar. Bunun üçün də maliyyə dəstəyinə ehtiyac var. Dövlət vətəndaş cəmiyyəti və media subyektlərininin öz fəaliyyətləri istiqamətində işlər həyata keçirmələri üçün büdcədən vəsait ayırır. Bu cür layihələr davamlı olmalıdır”.
Törə Zeynallı
Demokrat.az