Vətəndaşlarla növbəti görüş Qazaxın Canalı kəndində baş tutdu — FOTO

SOSİAL 19 okt 2023, 17:52
"Vətən müharibəsi iştirakçısıyam. Fərdi yaşayış evimin qazlaşdırılmasında mənə köməklik göstərməyinizi sizdən xahiş edirəm".

Demokrat.az
bildirir ki, bu sözləri Kamil Hacıməmmədov Qazax rayonunun Canalı kəndində "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. Şəhid ailəsi üzvü Vasif Nəsirovun müraciəti isə qapı keçidinin quraşdırılması ilə bağlı olub.

Aksiyaya Qazax şəhərinin Ərikli adlanan massivindən üz tutan Nüsrət Musayev genişlənən ərazinin qazlaşdırılmasını xahiş edib. Canalı kənd sakini Nazim Məmmədov havanın kəskin dəyişdiyini nəzərə alaraq məktəbə mavi yanacağın verilməsinin tezləşdirilməsini və kitabxananın qazlaşdırılmasını istəyib.

Sakinlərlə yanaşı, aksiyaya sahibkarlar da üz tutublar. Sahibkarlardan biri ona məxsus obyektin qazlaşdırılmasında köməklik göstərilməsini xahiş edib.

Səsləndirilən hər bir müraciət SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin məsul şəxsləri tərəfindən cavablandırılıb, bəzi müraciətlərin icrası ilə bağlı tapşırıq verilib.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top