Bakıda avtomobil körpüdən aşdı — VİDEO

HADİSƏ 16 okt 2023, 09:41
Dünən Bakı şəhər Xətai rayonu ərazisində yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, Babək prospektində manevr qaydalarını pozan avtomobil “BMW” markalı digər avtomobilə toxunub. Nəticədə idarəetmədən çıxan minik avtomobili körpünün məhəccərini dağıdaraq köməkçi yola düşüb.

Hadisə ərazidən keçən digər nəqliyyat vasitəsinin videoqeydiyyat cihazı ilə anbaan lentə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top