Üç rayonun qazı KƏSİLƏCƏK

SOSİAL 12 okt 2023, 08:19
Saatlı, İmişli və Sabirabadda təbii qazın təchizatı müvəqqəti dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Demokrat.az-a bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı bu gün saat 07:00-dan etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşağından, həmçinin saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”, “Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”, “Axundov” QPS-lərdən və “Əlillər evi” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top