Sülhməramlıların bölgədən çıxarılması bu gün müzakirə olunacaq — Rusiya MN

XARİCİ SİYASƏT 06 okt 2023, 14:09
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.

Demokrat.az
TASS-a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat yayıb.

O bildirib: “Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq”.

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı atəşkəs bəyannaməsinə əsasən regionda yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti müqavilənin imzalandığı tarixdən etibarən beş il müddətinə müəyyən edilmişdir, əgər müqavilə tərəflərindən heç biri müddətin bitməsinə 6 ay qalmış bəyan etməsə, avtomatik olaraq daha 5 il müddətinə uzadılır. bu müddəanın tətbiqini dayandırmaq niyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top