"Azəriqaz"a daxil olan müraciətlərin sayı açıqlandı

SOSİAL 06 okt 2023, 11:57
"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin sentyabr ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 888 müraciət daxil olub".

Demokrat.az
xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin  Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, 383 müraciət "Opentext" proqramı vasitəsilə, 505 müraciət isə elektron formada daxil olub:

""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 250 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması,  qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır".

Aysu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top