Zimbabvedə vəba epidemiyasında ölənlərin sayı 100-ü ötdü

DÜNYA 05 okt 2023, 22:06
Zimbabvedə vəba epidemiyasından ölənlərin sayı 100-ü ötüb.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayan fevral ayından bəri 5 mindən çox şübhəli hadisə aşkarlanıb və 100-dən çox şübhəli ölüm qeydə alınıb.

Son aparılan testlər nəticəsində 30 ölüm və 905 müraciətin vəba səbəbiylə olduğu təsdiqlənib.

Bununla da vəba nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Xatırladaq ki, vəba 2008-2009-cu illərdə ölkədə 4 mindən çox insanın ölümünə səbəb olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top