Könül Xasıyeva və jurnalist canlı efirdə barışdılar — VİDEO

ŞOU-BİZNES 05 okt 2023, 17:50
Xalq artisti Könül Xasıyeva və jurnalist Pərviz Hüseyn arasında illik qalmaqal sona çatıb.  

Demokrat.az
xəbər verir ki, məhkəmə çəkişən xanəndə və jurnalist canlı efirdə üz-üzə gələrək barışıblar. Tərəflər "Xəzər" telekanalında yayımlanan “Təsir Dairəsi” proqramında onlar aralarındakı söz-söhbətə son qoyub.

Canlı efirdə Xalq artistindən üzr istəyən P. Hüseyn həmişə Xalq artistinə hörmət etdiyini bildirib.

Öz növbəsində, K. Xasıyeva jurnalistə yaxınlaşaraq onu qucaqlayıb:

“Mən heç vaxt həbsin tərəfdarı olmamışam. 40 min manat tələbini də mən qoymamışdım, qarşıma seçim qoymuşdular. Məhkəmə prosesində də barışığın tərəfdarı olmuşam. Onu öpüb bağrıma basıram”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top