5 oktyabr 17:00-da Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası, Bülbül Vokal Məktəbi və Asan Radionun birgə təşkilatçılığı ilə “Ən ali peşə” adlı konsert proqramı keçiriləcək.
Bu barədə Demokrat.az-a Əməkdar artist Ramil Qasımov məlumat verib.
Konsertin ideya müəllifi olan Əməkdar artist Ramil Qasımov qeyd edib ki, bu layihəni həyata keçirməkdə əsas məqsəd əziz müəllimlərə olan ehtiramı təqdim etməkdir.
Konsertdə Xalq artisti Siyavuş Kərimi, Əməkdar artist Ramil Qasımovun ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət lirik mahnılar və xalq mahnıları səsləndiriləcək.
Vaqif Hüseynli
Demokrat.az