Moskvada şagird müəllimi məktəbi partlatmaqla hədələdi və pul tələb etdi

DÜNYA 30 sen 2023, 21:36
Moskva məktəblərindən birində şagird müəlliminin ona 100 min rubl verməsini tələb edib. Əks təqdirdə o, məktəbi partladacağını bildirib.

Hadisə paytaxtın Qolovinski rayonundakı 648 saylı məktəbdə yaşanıb.

Yeniyetmə öz sinif rəhbərini - rus dili və ədəbiyyatı müəllimini şantaj edib.

14 yaşlı oğlan artıq polis tərəfindən saxlanılıb.

Hazırda müəllimin son vaxtlar şagirdilə münaqişəsinin olub-olmadığı dəqiqləşdirilir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top