Aeroport yolunda ağır qəza — "Prius"lar "Prado" ilə toqquşdu (FOTO)

HADİSƏ 21 sen 2023, 22:55
Bakının Heydər Əliyev prospektindən hava limanına gedən istiqamətində, “Koroğlu” metrostansiyası yaxınlığında ağır yol qəzası baş verib.

Demokrat.az-ın hadisə yerində olan jurnalisti xəbər verir ki, qəza nəticəsində 3 avtomobil bir-biri ilə toqquşub. Qəzaya düşən avtomobillərdən ikisi "Toyota Prius", biri isə "Toyota Prado" markalıdır. 

Hadisə zamanı avtomobillər aeroport yolundakı bardyora çırpılaraq  yolun əks istiqamətinə düşüb.

Xəsarət alanlar var. 


Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top