Azərbaycan ordusunun Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu antiterror tədbirləri, Xankəndidəki erməni etnik azlığının təmsilçilərinin Yevlaxda Azərbaycan hökumətinin nümayəndələrilə görüşü ordumuzun və dövlətin ali-siyasi rəhbərliyinin növbəti zəfəridir.
Yazıçı-publisist, jurnalist Kərim Kərimlinin Qarabağda cərəyan edən hadisələr barədə fikirlərini öyrəndik:
“Tarixi hadisələrin şahidi oluruq. Azərbaycan dövləti 1988-ci ildən üzü bəri ona qarşı ərazi iddiaları qaldıran, ərazisini işğal edən, xəyanətlə məşğul olan, kütləvi qırğınlar törədən, əhalisini qaçqın və məcburi köçkünə çevirən xarici qüvvələrə və daxildəki separatçılara qarşı qəti addımlar atmalı idi. Təəssüf ki, çox gecikdik və çox sayda qurbanlarımız oldu. Nəhayət ki, dövlətimiz əvvəlcə 44 günlük müharibə zamanı, ardınca isə üç il ərzində vaxtaşırı ciddi tədbirlər görərək ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində qəti addımlar atdı. Prosesin tam başa çatdığını deyə bilmərəm. İndinin özündə belə Qarabağdan ziddiyyətli xəbərlər gəlir. Bunlar son çırpıntılardır, ola bilər ki, bir müddət də davam etsin.
Lakin hər zaman diqqətli, bütün cəbhə boyu hücumda olmalıyıq. Söhbət əldə silah düşmən səngərlərinə hücum edib, onları məhv etməkdən getmir. Bu, müharibədə olur. Sülh zamanı isə mədəni, inzibati, siyasi, hüquqi, idmana qədər sivil həyatın bütün sahələrində hücumda olmalıyıq. Arxayınlaşmaq olmaz. Nə qədər ki, Cənubi Qafqazda Ermənistan kimi qonşumuz var, nə qədər ki, Rusiya bölgədə təsir imkanlarını itirmək istəmir və bizə qarşı addımlarında Ermənistandan istifadə edir, mübarizəmizi davam etdirməliyik”.
Müsahibimiz Qarabağda birgəyaşayışın nə dərəcədə və hansı şərtlərlə mümkün olacağından da bəhs edib. O qeyd edib ki, ermənilər vaxtilə məqsədli şəkildə Qarabağa köçürüldükdən sonra azərbaycanlılarla yanaşı yaşayıblar. Bu müddətdə dəfələrlə toqquşmalar olub, hər zaman xəyanət ediblər. Bugünkü hadisələr sübut edir ki, erməni separatçıları ərazilərimizi uzun müddət işğal altında saxlasalar da yekunda torpaqlarımızı azad etdik:
“Fikrimcə bu, ermənilərə birgəyaşayışımız boyu ən böyük dərsdir, nəticə çıxarmalıdırlar. Həmişə haqqımızda ironiya ilə deyirdilər ki, “yatmış şiri oyatmaq lazım deyil”. 44 günlük müharibə sübut etdi ki, biz oyananda qarşımızda heç kim dayana bilməz. Birgəyaşayış mümkündür, o şərtlə ki, sayıqlığı itirməyək. Bu, bir həqiqətdir ki, Qarabağda muxtar vilayət yaradılandan sonra Sovet hökumətinin dağılmağa başladığı 80-ci illərin sonlarına qədər orada yaşayan ermənilər üçün hər bir şəraiti biz yaratdıq. Kiçik Xankəndi kəndini böyük Stepanakert şəhərinə çevirdik. Orada ermənilər üçün mədəniyyət mərkəzləri, məktəblər, universitetlər, sənaye mərkəzləri, fabriklər açdıq. Vaxtilə Şuşada fəaliyyət göstərən Dram Teatrını Xankəndinə köçürdük. Kiçik yaşayış məntəqələri olan Hadrutu, Ağdərəni, Xocavəndi, Əsgəranı iri rayon mərkəzlərinə çevirdik. Bunların müqabilində xəyanətlərə göz yumduq, cəzalandırmadıq”.
K.Kərimli deyir ki, Azərbaycan Respublikasının ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti özünü böyük bir ailənin ərköyün övladı kimi aparıb. Amma bundan sonra belə özbaşınalığa yol vermək olmaz:
“Azərbaycan Respublikasının vətəndaşları arasında fərq qoymaq lazım deyil, bütün millətlərin nümayəndələri eyni hüquq və vəzifələri daşımalıdırlar. Azərbaycan dövlətinin qanunlarını qəbul etməyən istənilən vətəndaş qanunamüvafiq cəzalandırılmalıdır. Belə olarsa, birgəyaşayış mümkündür. Tanıdığım bəzi Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmaq istəmir. Getmək istəyənlərə qapı açıqdır. Qalmaq istəyənlər özlərini Azərbaycan vətəndaşlığına layiq şəkildə aparmalıdırlar. Dünən xalqa müraciətində Prezident yenidən bu məsələyə toxundu”.
Törə Zeynallı
Demokrat.az