Ərdoğan Miçotakislə görüşəcək

DÜNYA 05 sen 2023, 20:37
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 18-də Yunanıstanın Baş naziri Nikos Miçotakis ilə görüşəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis Hakan Fidan ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında açıqlama verib.

O bildirib ki, liderlər arasında baş tutacaq görüş Birləşmiş Millətlər Təşkilatının sammiti çərçivəsində olacaq.

Nazir Yerapetritis həmçinin Hakan Fidan ilə görüşləri çərçivəsində ikitərəfli əlaqələri və iki ölkəni maraqlandıran regional məsələləri müzakirə etmək fürsəti əldə etdiklərini bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top