Rusiya hərbiçiləri Türkiyə gəmisinə atəş açdı — Rəsmi Ankara xəbərdarlıq etdi (VİDEO)

HADİSƏ 18 avq 2023, 11:42
Türkiyə dövləti Rusiya tərəfinə Qara dənizdə gərginliyi artıran insidentlərin təkrarlanmasının qarşısının almağa çağırıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin tabeliyində olan Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.

Açıqlamaya səbəb ötən gün Türkiyənin “Şükrü Okan” yük gəmisinin yoxlanılması ilə bağlı insidentdir.

“Gəmiyə qarşı görülən tədbirlərdən sonra Qara dənizdə gərginliyi artıra biləcək bu cür təşəbbüslərdən yayınmağın zəruriliyi Rusiya tərəfinə lazımi şəkildə göstərilib”, – Türkiyə dövlətinin bəyanatında deyilir.

Xatırladaq ki, avqustun 13-də Rusiya dəniz patrulu Ukraynanın İzmail limanına gedən “Şukryu Okan” gəmisini yoxlamaq üçün xəbərdarlıq atəşi açıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top