Avtoqəzalar, iş başında, xüsusən tikinti işində əlin, ayağın, barmağın yerindən qopması, parçalanması, kəsilməsi hallarına rast gəlinir. Tibbi praktikada bədəndən 90% ayrılmış qopmuş əzanı – ayaq, qol, əl, barmaq, qulaq, dil və s. yenidən yerinə tikib, bərpa etmək halları olub və bu mümkündür.
Məsələn, hələ sovet dövründə gürcü mikrocərrah Ramaz Datiaşvili 1983-cü ildə litvalı qızın hər iki ayağını yerinə tikmişdi. Bu hadisə o illərdə bütün tibb aləmində sensasiyaya çevrilmişdi. Belə ki, 3 yaşlı litvalı qız atasının idarə etdiyi traktorun dişləri altında qalaraq, hər iki ayağını dabandan yuxarı itirdi.
Qızı xüsusi vertolyotla Moskvaya gətirəndə ayaqlarını da buzlu balıqların içində ayrıca qutuda cərraha çatdırmışdılar.
O dövrdə gənc cərrah Ramaz komandası ilə 10 saatlıq əməliyyata başlayaraq, hər iki ayağı yerinə bərpa etməyə cəhd etdi. Onun assistentləri o qədər yorulmuşdular ki, ayaq üstə dayana bilməyib yıxılmışdılar, son 1 saatı Ramaz özü tək çalışıb əməliyyatı yekunlaşdırmışdı.
Amputasiya olunmuş ətrafı bərpa etmək üçün bütün damarlar, sinirlər, bağlar, vətərlər bir- bir düzgün tikilməli idi ki, ayaq idarə oluna bilinsin və beyindən impulsları alsın.
Hazırda həmin qız Rasa Almaniyada yaşayır,
Qopmuş əzanı yerinə tikmək üçün müəyyən şərtlər lazımdır.
1-cisi yaralı qəzadan ən geci 1 saat ərzində artıq əməliyyatxanaya çatdırılmalıdır. Onu peşəkar travmatoloq mikrocərrahlar qrupu gözləməlidir.
2-ci – qopmuş əza dərhal buzun içində olmaqla 1 saat müddətində əməliyyatxanaya çatmalıdır.
Əgər qopmuş hissə 10% də olsa bədən üzərində qalıb, bir damardan qanla qidalanarsa, xilas etmək şansı var.
Bu barədə Medicina.az – açıqlama verən, məşhur travmatoloq, onlarla belə əməliyyat icra edən Sənan Aşirov xəstələrin xilas olma şansının nədən asılı olmasını açıqlayıb:

" Əgər əlin və ya ayaq pəncəsinin tam qopması baş veribsə, həmin nahiyə buz içində olmaqla xəstə ilə birgə 2 saatdan gec olmayaraq, yaxşı olar ki, 1 saat ərzində bizə çatmalıdır. 2 saat ərzində həmin qopmuş hissə qanla qidalanmadığından ölür. Əl və ya ayaq biləyin üstündə 10 faiz də qalmış olsa, qan damarlarının bir-ikisi salamaq olarsa, qanla təchizatı az da olsa olur.
Məsləhət görərdim ki, belə yaralanmalar zamanı təcili yardım gözləyib, ya özləri sarıyıb, həkim gözləyərək vaxt itirməkdənsə, yaralını dərhal klinikaya gətirsinlər.
Bizim təcrübəmizdə, bir gənc kişinin avtomobil qəzasında ayağı tamam qopmuşdu, əməliyyat edib tikdik. Bir ustanın da əlini laqonda 80% kəsmişdi. Onu da Gəncədən gətirib çatdırdılar.
Amputasiya ən son olaraq verilən qərardır. Amma yenə də qərarı cərrah verir. Ola bilər ki, qopmuş, kəsilmiş əl, qol tamam əzilib, parçalanıb, qəzadan vaxt çox keçib, orqan nekrozlaşıb və onu bərpa etmək mümkün deyil. İstənilən halda yaralı qopmuş orqan buzun içində 1 saata travmatoloq cərraha çatdırılmalıdır”.