Toy faciə ilə bitdi: 60 nəfər xəstəxanaya yerləşdirildi

REGİON 14 avq 2023, 21:14
Türkiyədə sünnət toyunda yediyi yeməkdən zəhərlənən 60 nəfər xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Sakarya bölgəsində baş verib.

Belə ki, toyda iştirak edənlərdən  60 nəfəri təcili olaraq xəstəxanaya yerləşdirilib. 

Müayinə zamanı onların yeməkdən zəhərləndiyi məlum olub. 

Müalicələri davam etdirilən şəxslərin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top