Hacıqabul sakini iş yerində günvurmadan öldü

HADİSƏ 10 avq 2023, 22:40
Hacıqabul sakini iş yerində günvurmadan ölüb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Fermalardan birində işləyən Hacıqabul rayonunun Talış kənd sakini günvurmadan elə iş yerində ölüb.

Meyit Şirvan morqunda müayinə edilib.

Qeyd edək ki, bu gün Hacıqabulda daha bir günvurma hadisəsi olub.

Şəhər sakini yaşadığı evin həyətində günvurmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top