Hərəkətdə olan avtomobilin üzərinə qaya düşdü — Ölən və yaralananlar var

HADİSƏ 09 avq 2023, 15:30
Türkiyənin Manisa vilayətində hərəkətdə olan avtomobilin üzərinə qaya parçası düşüb. 

Demokrat.az
xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, qəza vilayətin Körpübaşı rayonundakı dağlıq ərazidə baş verib. 

Nəticədə avtomobildə olan 1 nəfər ölüb, digər 3 nəfər isə yaralanıb. 

Hadisə yerinə xilasetmə və təcili tibbi yardım qrupları gəlib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. 

Ərazidə araşdırmalar davam etdirilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top