Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Nehrəm qəsəbəsində avqustun 6-da baş verib. Qəsəbə sakinləri - Bəhlul, Müslüm, Əli ilə birlikdə pivə içmək üçün Hüseyn İbrahimovun işlədiyi Nehrəm qəsəbəsində yerləşən yeməkxanaya gəliblər. Bu zaman orada dava olub.
Dava ilə əlaqədar olaraq iki nəfərin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham verilib.
Babək rayon Məhkəməsinin qərarı ilə barələrində inzibati qaydada cəza təyin olunanlardan biri 5 gün, digəri isə 10 gün müddətinə həbs edilib.
Fariz Məlikli Demokrat.az

