Abşeronda yaşayış binasında YANĞIN — 15 nəfər təxliyyə edildi

HADİSƏ 08 avq 2023, 17:45
Yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Güzdək qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində hər birinin ümumi sahəsi 69 m² olan iki üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları ümumilikdə 6 m² sahədə və 2 ədəd plastik qapı yanıb. 

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top