Hindistanda dini qarşıdurmada 5 nəfər öldü

DÜNYA 01 avqust 2023, 19:51
Hindistanda hindularla müsəlmanlar arasında baş verən qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 5 nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, hadisələr Haryana əyalətinin müsəlmanların çoxluq təşkil etdiyi Nuh bölgəsində baş verib.

Qarşıdurmalar zamanı ərazidəki məscid yandırılıb, nəticədə məscidin din xadimi ölüb, 1 nəfər isə yaralanıb.

Səlahiyyətlilər hadisədə iştirak edən 5 nəfərin tutulduğunu və ibadət yerləri ətrafında təhlükəsizliyin artırıldığını bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top