Moskvanın mərkəzinə yenidən PUA hücumu — VİDEO

DÜNYA 01 avq 2023, 10:20
Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Belə ki, PUA “Moskva-Siti” yaşayış kompleksinin “IQ” məhəlləsində yerləşən 50 mərtəbəli binaya çırpılıb.

İlkin məlumata görə, hücum zamanı xəsarət alan olmayıb. Hadisədən sonra yanğın baş verməyib.

PUA-nın qalıqları artıq tapılıb, ekspertizaya göndərilib. Ərazi hasara alınıb. Təcili yardım xidmətləri hadisə yerindədir.

Moskva meri Sergey Sobyaninin “Telegram” kanalında verdiyi məlumata görə, PUA hücumu nəticəsində 17-ci mərtəbənin şüşələri qırılıb, 21-ci mərtəbənin fasadı zədələnib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top